Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 37-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf edib.
Turun açılış matçında “Fulhem” çempionatın vahid lideri, ötən mövsümün də qalibi olmuş “Mançester Siti”ni qəbul edib. “Şəhərlilər” bu oyunda 4 cavabsız qola seviniblər.
“Nyukasl” – “Brayton” matçında qalib müəyyənləşməyib.
“Tottenhem” evdə “Börnli”yə, “Vest Hem” “Luton Taun”a, “Everton” isə “Şeffild Yunayted”ə qalib gəlib.
“Bornmut” doğma meydanda “Brentford”a, “Vulverhempton” da “Kristal Pelas”a uduzub. Səfərdə “Nottingem Forest”lə qarşılaşan “Çelsi” isə bu turu qələbə ilə başa vurub.
37-ci turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
İngiltərə, Premyer Liqa
37-ci tur
11 may
Fulhem – Mançester Siti 0:4
Qollar: Qvardiol, 13; 71. Foden, 59. X.Alvares, 90+6-pen.
Bornmut – Brentford 1:2
Qollar: Solanke, 89 – Mbeumo, 86. Vissa, 90+5.
Everton – Şeffild Yunayted 1:0
Qol: Dukure, 31.
Nyukasl – Brayton 1:1
Qollar: Lonqstaff, 45+5 – Veltman, 18.
Tottenhem – Börnli 2:1
Qollar: Porro, 32. Van den Ven, 82 – Larsen, 25.
Vest Hem – Luton Taun 3:1
Qollar: Uord-Prauz, 54. Souçek, 65. Erti, 76 – Lokonqa, 6.
Vulverhempton – Kristal Pelas 1:3
Qollar: Kunya, 66 – Olise, 26. Mateta, 28. Eze, 73.
Nottingem Forest – Çelsi 2:3
Qollar: Boli, 16. Hadson-Odoi, 74 – Mudrik, 8. Sterlinq, 80. N.Cekson, 82.
12 may
19:30. Mançester Yunayted – Arsenal
13 may
23:00. Aston Villa – Liverpul

