Azərbaycan – Qazaxıstan matçının başlama vaxtı dəyişdirildi

Futbol üzrə Azərbaycan millisinin Qazaxıstan yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Qarşılaşmanın daha əvvəl saat 20:00-da başlayacağı açıqlanmışdı.

Xatırladaq ki, Azərbaycan milli komandası iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə də beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: