VAR-ın İngiltərə Premyer Liqasında uğurları var

VAR sisteminin tətbiqindən sonra İngiltərə Premyer Liqasında hakimlərin düzgün qərarları 82%-dən 96%-ə qədər yüksəlib.

Arena.az bu barədə BBC-nin İngiltərə Premyer Liqasındakı mənbələrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, növbəti, 2024/2025-ci illər mövsümündə yarımavtomatik oyundankənar vəziyyətləri aşkarlama sisteminin tətbiq ediləcəyindən sonra bu rəqəm daha da artacaq. Müvafiq statistika İngiltərə Premyer Liqasının bir sıra klublarının VAR sistemindən istifadəyə qarşı çıxmaq istəyi mənzərəsində təqdim edilib.

Xatırladaq ki, daha öncə mətbuatda, “Vulverhempton”un Premyer Liqa rəhbərliyinə videotəkrarları ləğv etməyə çağıran sorğu göndərdiyi barədə məlumat yayılmışdı. İyunun 6-da ümumi yığıncaqda klub nümayəndələri müvafiq addımın lehinə və ya əleyhinə səs verməlidirlər.

UEFA-nın nizamnaməsinə görə, yerli federasiyalar yerli liqalarda VAR sisteminin tətbiqində səlahiyyət sahibidirlər. Bunun üçün qərar yetərsay toplamalıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: