Cəlal Hüseynov “Sofiya”ya qarşı 20 dəqiqə oynadı, 3 xala sevindi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 2023/2024 mövsümünün 35-ci turu çərçivəsində baş tutan “Slaviya” (Sofiya) ilə oyunun iştirakçısı olub.

“Arda” doğma meydanda baş tutan bu qarşılaşmadan inamlı qələbə ilə ayrılıb – 3:1.

Hüseynov bu görüşün 70-ci dəqiqəsində meydana buraxılıb.

“Arda” bu qələbədən sonra Avropa Konfrans Liqasına vəsiqə uğrunda qrupda 48 xalla 2-ci, 16 iştirakçı arasında isə 8-ci pillədə qərarlaşıb. Cəlalın komandası Avropa Konfrans Liqasına vəsiqə qazanmaq üçün dörd iştirakçıdan ibarət bu qrupda birinci (7-ci) yeri tutmalıdır. Hazırda bu qrupa ÇSKA 1948 (Sofiya) komandası liderlik edir. Bolqarıstan çempionatında mövsümün başa çatmasına isə 1 tur qalıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 33 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: