Premyer Liqa: Yenə 9300 azarkeş, yenə Sumqayıt

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün tamaşaçı rekordu təkrarlanıb.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Yeni rekord mövsümün sonuncu – 36-cı turunun “Sumqayıt” – “Qəbələ” matçına təsadüf edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyunu 9300 seyrçi izləyib. Bu, mövsümün ən yüksək göstəricisinin təkrarıdır. 32-ci turun “Sumqayıt” – “Qarabağ” görüşündə də eyni sayda izləyici olub. Aprelin 28-də keçirilən görüş də eyni arenada baş tutub.

Qeyd edək ki, 9300 tamaşaçının olduğu hər iki qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: