Mini futbol: Millimzin Avropa çempionatı üçün heyəti bəlli oldu

Mini futbol üzrə Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub.

Arena.az bu barədə Azərbaycan Mini Futbol Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Baş məşqçi Elşad Quliyev yığmamıza aşağıdakı futbolçuları cəlb edib:

Qapıçılar: Vəli Qafarov (“Birbaşa Bakı”), Davud Kərimi (“Zirə”);

Müdafiəçilər: Müseyib Vəliyev, Cəfər Cəfərov (hər ikisi “Birbaşa Bakı”), Tural Məmmədrzayev (“Odlar Yurdu”), Taleh Babayev (“Zirə”);

Yarımmüdafiəçilər: Elvin Əlizadə, Mirmehdi Rzayev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı “Birbaşa Bakı”), Kamran Qürbətov (“Aznur”), Ramiz Çovdarov, Mikayıl Əliyev (hər ikisi “Zirə”);

Hücumçular: Eşqin Tağıyev (“Birbaşa Bakı”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”), Seymur Məmmədov, Rəvan Kərimov, Samir Həmzəyev (hamısı “Zirə”).

Qeyd edək ki, Azərbaycan millisi iyunun 1-dən 8-nə kimi keçiriləcək Avropa çempionatının F qrupunda Fransa, İtaliya və Belçika yığmaları ilə qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: