İkinci Liqaya vəsiqə uğrunda pley-off matçlarının vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasının 2024/2025 mövsümünə vəsiqə uğrunda keçiriləcək pley-off görüşlərinin oyun cədvəli açıqlanıb.

Arena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümdə İkinci Liqanı 13-cü sırada bitirən “Şəfa” Region Liqasının gümüş mükafatçısı “Hypers” komandası ilə üz-üzə gələcək.

Hər iki qarşılaşma “Bayıl Arena”da keçiriləcək. İlk oyun mayın 29-da, cavab görüşü isə iyunun 5-də baş tutacaq.

Pley-off
İlk oyun
29 may

17:00. “Şəfa” – “Hypers”
“Bayıl Arena”

Cavab oyunu
5 iyun

17:00. “Hypers” – “Şəfa”
“Bayıl Arena”.

Xəbəri sosial şəbəkələrdə paylaş: