AÇ-2024: Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı

Mini futbol üzrə Azərbaycan millisinin qarşıdakı Avropa çempionatında (AÇ-2024) keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Arena.az xəbər verir ki, yığmamız ilk oyununu iyunun 2-də, saat 13:00-da Belçika millisinə qarşı keçirəcək.

Azərbaycan millisinin növbəti görüşü iyunun 3-də saat 19:00-da İtaliyaya qarşı olacaq.

Son olaraq Elşad Qulyevin yetirmələri iyunun 4-də Fransa yığması ilə qarşılaşacaq. Matçın start fiti saat 19:00-da səslənəcək.

Qeyd edək ki, Avropa çempionatı Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: