Futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edən “Qəbələ”nin futbolçusu Murad Musayev Türkiyədə əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 30 yaşlı müdafiəçi sol axil vətərinin tam qopması üzündən cərrahi müdaxiləyə məruz qalıb.
Musayevin Ankarada gerçəkləşən əməliyyatı uğurlu keçib. O, dörd reabilitasiya kursu keçməli olacaq. Muradın təxminən 5-6 aydan sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir.
Xatırladaq ki, Murad Musayev Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün sonuncu – 36-cı turu çərçivəsində baş tutan “Sumqayıt”la səfər oyununda (0:1) ağır zədə almışdı. Matçın 17-ci dəqiqəsində sıradan çıxan futbolçu meydanı xərəkdə tərk etmək məcburiyyətində qalmışdı.
“Qəbələ”nin öz yetirməsi olan Murad bir müddət “Səbail”də, “Şüvəlan”da və “Zirə”nin ikinci komandasında da forma geyinib. 29 yaşlı futbolçu “Qəbələ”nin heyətində 138 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.



