Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” ölkə kubokunun cari – 2023/2024 mövsümündə rəqib qapılarından 19 top keçirib.
Arena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, son 16 mövsümdə ilk dəfə belə məhsuldarlıq qeydə alınıb.
Sonuncu dəfə 2007/2008 mövsümündə eyni komanda bu qədər qola imza atıb. Həmin vaxt “Xəzər Lənkəran” 27 qola sevinib. “Neftçi” və “İnter” (indiki “Şamaxı”) 19 dəfə fərqlənib.
Qeyd edək ki, “Qarabağ” Azərbaycan Kubokunun cari mövsümünün fnal matçında “Zirə” ilə üz-üzə gələcək. Həlledici oyun iyunun 2-də Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək. Final matçına saat 20:00-da start veriləcək.


