“Neftçi”nin daha bir legioneri – Ataa Caber də dünya çempionatının (DÇ-2026) seçmə mərhələ oyunu üçün milliyə dəvət alıb.
Arena.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti paylaşım edib.
Xəbərdə bildirilir ki, Caber Fələstin millisinin düşərgəsinə çağırılıb. 29 yaşlı yarımmüdafiəçi Livan və Avstraliya yığmalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün komandaya cəlb edilib.
Qeyd edək ki, Fələstin millisi iyunun 6-da Livan, beş gün sonra Avstraliya ilə yığmaları ilə üz-üzə gələcək.
Daha əvvəl “Neftçi”nin sol vingeri Alfa Konte də Syerra Leone millisinə dəvət almışdı.
Ataa Caber 2022-ci ilin iyul ayından “Neftçi”nin formasını geyinir. O, indiyə qədər paytaxt təmsilçisinin heyətində bütövlükdə 58 oyuna çıxıb. O, bu oyunlarda 9 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Yarımmüdafiəçi karyerası ərzində daha öncə “Bney Saxnin”, “Makkabi” (Hayfa), “Aşdod” kimi klubların da formasını geyinib.
Daha öncə İsrailin U-19 və U-21 yığmalarında oynamış Caber, 2023-cü ildən Fələstin milli komandasının uğurları üçün çalışır. O, Fələstin yığmasında 4 oyuna çıxıb.


