Futbol üzrə Azərbaycan Birinci Liqasının 2023/2024 mövsümünün qalibi olan “Şamaxı” klubu qapıçısı Əkbər Vəliyevlə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı qolkiper yeni mövsüm öncəsi klubdan ayrılan ilk futbolçu olub. Müqaviləsinin müddəti başa çatan qolkiperlə yeni sözləşmə imzalanmayıb.
Qeyd edək ki, hazırda 22 yaşı olan Əkbər Vəliyev vaxtilə Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinib.
Xatırladaq ki, “Şamaxı” 2024/2025 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.



