İngiltərədə hər beşinci futbolçu snyus istifadəçisidir

İngiltərə çempionatlarının futbolçularının tütün məmulatı snyusdan istifadə etməsi ilə bağlı araşdırmanın nəticələri açıqlanıb.

Arena.az məlumat verir ki, bu barədə “The Guardian” nəşri məlumat dərc edib.

Mənbənin məlumatına görə, sorğuda iştirak etmiş təxminən hər beşinci peşəkar kişi və qadın oyunçu snyusdan istifadə edir.

Vurğulanır ki, sorğu iştirakçıları arasında Premyer Liqa, İngiltərə Futbol Liqası (digər çempionatlar) və qadınlar liqasının futbolçuları olub.

Snyus nəfəslə çəkilməyən, tüstüsüz tütün məmulatının bir növüdür. Özlüyündə ovulub xırdalanmış nəmlənmiş tütünü təmsil edir. İstifadəsi zamanı üst dodaqla (az hallarda alt dodaqla) damaq arasına müyyən müddətə (istehsalçıya görə, 5 dəqiqədən 30 dəqiqəyə qədər, gerçək istifadəçilərə görə, 30 dəqiqədən 60-70 dəqiqəyə qədər) qoyularaq, istifadə edilir. Bu zaman tütündə olan nikotin orqanizmə daxil olur.

Snyus İsveçdə 1637-ci ildən tanınır. Əsasən də bu Skandinaviya ölkəsində istehsal edilir və tükədilir. Buna görə də snyusu adətən İsveç snyusu adlandırırlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: