Futbol üzrə Azərbaycan Kubokunun “Zirə” ilə final oyunundakı həlledici qol “Qarabağ”ın sol vingeri Abdullah Zubir üçün əlamətdar olub.
Arena.az xəbər verir ki, fransalı futbolçu “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib.
O, “Zirə” ilə görüşdə komandasına 2:1 hesablı qələbə gətirən qolun müəllifi olub. Zubir 60-cı qolunu 262-ci matçında vurub. Fransalı Premyer Liqada 42, avrokuboklarda 14, ölkə kubokunda 4 dəfə fərqlənib.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayından “Qarabağ”da forma geyinir. O, 60 qol ilə yanaşı həm də 73 məhsuldar ötürmə müəllifidir.
Zubir Ağdam klubundan öncə “Lans”, “Petrolul”, “İstr” və “Hibernian” kimi komandalarda da forma geyinib.


