“Şamaxı” məşqçilər heyəti ilə də vidalaşdı

2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Şamaxı” növbəti mövsümə hazırlığını davam etdirir.

Arena.az xəbər verir ki, əyalət təmsilçisi bu gün məşqçilər heyəti ilə yolların ayrıldığını açıqlayıb.

Xəbərdə bildirilir ki, köməkçi məşqçi Məqsəd Yaqubəliyev, məşqçi Mehman Baxışov və qapıçılar üzrə məşqçi Elnar Kərimovla imzalanmış müqavilələrin müddəti başa çatıb. Hər üç məşqçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Xatırladaq ki, “Şamaxı” daha öncə 2023-cü ilin noyabr ayından komandaya baş məşqçilik edən baş məşqçi Ramiz Məmmədovla da yollarını ayırmışdı. Amma o, klubun idarə heyətinin sədr müavini kimi fəaliyyətini davam etdirəcək.

Əyalət klubunda Əli Mürsəlov, Əbil Əbilov, Süleyman Damadayev, Elçin Qasımov, Əkbər Vəliyev kimi futbolçularla da yollar ayrılıb. Klub hələlik yalnız Səbayıl Bağırovla 2 illik yeni sözləşmə imzalandığını açıqlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: