Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı

Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Arena.az xəbər verir ki, bu ada İngiltərənin “Tottenhem” klubunun hücumçusu Harri Keyn layiq görülüb.

28 yaşlı forvard doğma meydanda Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb.

Avroliqada həftənin ən yaxşı futbolçusu adına “Ayaks”ın (Niderland) hücumçusu Duşan Tadiç, “Qranada”nın (İspaniya) hücumçusu Roberto Soldado və “Roma”nın (İtaliya) yarımmüdafiəçisi Lorentso Pelleqrini də namizəd idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: