Vladislav Kulaç “Zirə”dən getdi – Rəsmi

2023-cü ilin yanvarından “Zirə”nin uğurları üçün çalışan ukraynalı hücumçu Vladislav Kulaç Azərbaycan klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, ukraynalı hücumçu ilə klub arasında imzalanmış müqavilənin müddəti başa çatıb. “Zirə” futbolçuya klub üçün göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Hazırda azad agent statusuna malik futbolçunun karyerasını harada davam etdirəcəyi bilinmir.

Xatırladaq ki, Kulaç 2023-cü ilin yanvarında Ukraynanın “Dinamo” (Kiyev) klubundan azad agent kimi ayrılmış və “Zirə” ilə ilyarımlıq müqavilə bağlamışdı. Onun qəsəbə təmsilçisi ilə bu mövsümün sonunadək müqaviləsi vardı.

Vladislav Kulaç Donetsk “Şaxtyor”unun yetirməsidir. O, ölkəsində “Şaxtyor”dan başqa “İliçevets” (Mariupol), “Metallurq” (Zaporojye), “Stal” (Dnepropetrovsk), “Zarya” (Luqansk), “Vorskla” (Poltava), “Aleksandriya” kimi klubların da formasını geyinib. Türkiyənin “Əskişəhərspor” və Macarıstanın “Honved” klublarında da legioner həyatı yaşamış futbolçu, “Zirə”də bütövlükdə 38 oyun keçirib. O, bu oyunlarda 6 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: