Futbol üzrə Azərbaycan çempionatında 2023/2024 mövsümünün qalibi olmuş “Qarabağ”ın 5 legioneri öz ölkələrinin millilərinə dəvət alıb.
Arena.az bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Marko Yankoviç və Marko Veşoviç Monteneqro, Yassin Benzya Əlcəzair, Luka Quqeşaşvili Gürcüstan, Patrik Andrade isə Kabo Verde millisinə çağırılıb.
Xatırladaq ki, “Qarabağ” 2023/2024 mövsümündə Azərbaycan çempionu olmaqla yanaşı ölkə kubokunu da qazanıb. Ağdam təmsilçisi geridə qalmış mövsümü “qızıl dubl”la başa vurub.


