Rüfət Abdullazadə “Səbail”lə yeni müqavilə bağladı

2023/2024 mövsümü üçün heyətini formalaşdırmağa çalışan “Səbail” daha bir futbolçusu – Rüfət Abdullazadə ilə müqavilənin müddətini uzadıb.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Abdullazadə ilə yeni – 2 illik müqavilə imzalanıb. 23 yaşlı yarımmüdafiəçi 2026-cı ilin 30 iyununa kimi Bakı təmsilçisinin uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Rüfət Abdullazadə “Səbail”ə 2023-cü ilin iyul ayında “Sumqayıt”dan gəlib. O, “dənizçilər”in heyətində Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə meydana çıxdığı 35 oyunda (2015 dəqiqə), 6 qola, 5 məhsuldar ötürməyə imza atıb. Bütövlükdə isə o, bu komandanın heyətində 38 rəsmi matç keçirib, 8 qol vurub, 5 assistlə yadda qalıb.

Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Abdullazadə əsas millimizdə debüt şansı qazanmayıb.

Xatırladaq ki, “Səbail” daha öncə Yusif Nəbiyev, Samir Abdullayev və Hüseynəli Quliyevlə də yeni müqavilə bağlamışdı. Səlahət Ağayev, Ağabala Ramazanov və Adil Nağıyevlə yollarını ayırmış Bakı təmsilçisi əvəzində Fərid Nəbiyevi heyətinə qatıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: