Azərbaycan millisi bolqarlara da qalib gəldi, 1/4 finala çıxdı

Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Hersoqovinada keçirilən Avropa çempionatında (AÇ-2024) növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, bu gün qitə birinciliyində 1/8 final mərhələsinə start verilib.

Qrup mərhələsində maksimal nəticə göstərərək pley-off mərhələsinə adlayan milli komandamızın bu mərhələdəki rəqibi Bolqarıstan yığması olub. Oyuna yaxşı başlayan futbolçularımız erkən qol vurub. Ramiz Çovdarov cərimə zərbəsindən fərqlənib. Ancaq birinci hissədə rəqib hesabı bərabərləşdirməyi bacarıb – 1:1. İkinci hissə isə millimizin üstünlüyü şəraitində keçib. Əvvəlcə Təmkin Xəlilzadə, daha sonra isə Rəvan Kərimovun vurduğu qollar sayəsində yığmamız bu rəqibini 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 1/4 finalda Azərbaycan millisi Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: