Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.
Arena.az xəbər verir ki, bu gün 1/4 final çərçivəsində Qazaxıstanla qarşılaşan millimiz məğlub olaraq turnirlə vidalaşıb.
Görüşün əsas vaxtında hesab açılmadığından qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha güclü olan Qazaxıstan (7:6) millisi yarımfinala çıxıb.
Xatırladaq ki, Azərbaycan millisi bu Avropa çempionatının qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanmışdı. Komandamız Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub etmişdi. 1/8 finalda isə komandamız Bolqarıstana qalib gəlmişdi – 3:1.


