Davit Volkov “Sabah”dan ayrıldı – Rəsmi

Futbol üzrə Gürcüstan milli komandasına da dəvət alan hücumçu Davit Volkov Azərbaycanın “Sabah” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, gürcü futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib. “Sabah” Volkova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Davit Volkov 2022-ci ilin iyul ayından “Sabah”da forma geyinirdi. O, paytaxt təmsilçisində 71 oyun keçirib, 19 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. Gürcü oyunçu daha öncə Azərbaycanda “Zirə” (68 oyun, 22 qol, 11 məhsuldar ötürmə) və “Qəbələ”də (34 oyun, 10 qol, 1 məhsuldar ötürmə) də forma geyinib. O, ölkəsində “Saburtalo”, “Sioni”, “Çixura”, “Dinamo” (Tiflis), “Zemun” və “Qaqra”da oynayıb.

Volkov 2021-ci ildən formasını geyinməyə başladığı Gürcüstan yığmasında 5 oyun keçirib. O, bu görüşlərdə 2 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: