“Sumqayıt” üçün “Fehervar”, “Sabah” üçün “Makkabi”

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sumqayt” və “Sabah”ın 2-ci təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan təmsilçiləri də ilk rəqiblərini tanıyıblar. Həmçinin Avropa Liqasında oynayacaq “Zirə”nin də mümkün rəqibləri müəyyənləşib.

“Sumqayıt” Macarıstan təmsilçisi “Fehervar” (Macarıstan) komandası ilə qarşılaşacaq. Samir Abasovun çalışdırdığı komanda ilk oyunu evdə keçirəcək.

“Sabah”ın rəqibi “Makkabi” (Hayfa, İsrail) olacaq. Krunoslav Renduliçin yetirmələri mövsümə səfərdə başlayacaqlar.

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində üz-üzə gələcək “Şerif” (Moldova) – “Zirə” cütündə uğursuzluğa düçar olub Konfrans Liqasına yuvarlanacaq komanda “Dunayska Streda” (Slovakiya) ilə görüşəcək. Təmsilçimiz bu turnirə düşsə, ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: