“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkünün nəticələrini dəyərləndirib.
Arena.az xəbər verir ki, “Sabah” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.
Krunoslav Renduliç bununla bağlı klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacağıq. “Makkabi”nin bu cütün favoriti olduğu aydındır. Lakin bu o demək deyil ki, bizim şansımız yoxdur. İnanıram ki, biz özümüzü ən yaxşı tərəfdən göstərəcək və favorit rəqibimizi mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk matçını iyulun 25-də səfərdə, cavab oyununu isə avqustun 1-də evdə keçirəcək.


