Almaniya və Macarıstan yığmaları futbol üzrə sayca 17-ci Avropa çempionatında (AÇ-2024) növbəti oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, 4 ildən bir keçirilən mötəbər turnirdə 24 komanda mübarizə aparır.
Bu gün qrup mərhələsində 2-ci tura start verilib. 6-cı oyun gününün ikinci matçında Macarıstan və Almaniya yığmaları üz-üzə gəliblər. Ştutqart şəhərində keçirilən matç meydan sahibi olan almanların inamlı qələbəsiylə yekunlaşıb.
Almaniya yığmasının heytində hesabı 23-cü dəqiqədə Camal Musiala açıb. 67-ci dəqiqədə isə İlkay Gündoğan matçın yekun hesabını müəyyənləşdirib.
Xatırladaq ki, Almaniya yığması A qrupundakı ilk görüşündə Şotlandiya millisinə də 5:1 hesabıyla qalib gəlmişdi. Qrupun digər oyunu bu gün İsveçrə və Şotlandiya yığmaları arasında baş tutacaq. Bu qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
AÇ-2024
A qrupu
19 iyun
Almaniya – Macarıstan 2:0
Qollar: Camal Musiala, 22. İlkay Gündoğan, 67.
Baş hakim: Denni Makkeli (Niderland).
Ştutqart. “MHP Arena”.
Xal: Almaniya – 6. İsveçrə – 3. Şotlandiya – 0. Macarıstan – 0.


