Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail” komandasının 2024/2025 mövsümü üçün yay hazırlıq planı bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Şahin Diniyevin rəhbərliyi altında iyunun 27-də bir araya gələcək komanda, iyulun 3-nə qədər məşqlərini Bakıda keçirəcək.
“Dənizçilər” iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Ərzurumda baş tutacaq təlim-məşq toplanışında komanda 3 yoxlama oyununa çıxacaq. “Səbail” iyulun 11-də 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də isə Türkiyə Super Liqası üzvlərindən “Hatayspor”la qarışlaşacaq.
Sonuncu rəqib və oyunların başlama vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək.
Komandanın Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.


