“Vilyarreal”ın prezidentinə 11 ay 28 günlük həbs cəzası kəsildi

İspaniya La Liqasının təmsilçisi “Vilyarreal”ın prezidenti Fernando Roiq vergi fırıldaqçılığına görə məhkəmə tərəfindən cəzalandırılıb.

Arena.az bu barədə AS dərgisinə isrinadən məlumat verir.

Mənbənin məlumatına görə, Fernando Roiq “Vilyarreal”ın ev stadionu da daxil olmaqla, təmir işləri zamanı sənədlərin saxtalaşdırılması ilə bağlı iki cinayətə görə, digər 10 nəfərlə birlikdə 11 ay 28 gün həbs cəzasına məhkum edilib.

İstintaq, 2004-cü və 2005-ci illərdə sənədlərdə vergidən yayınmaq üçün işlərin dəyəri barədə yanlış məlumatların yer aldığını sübut edib. Məhkəmənin hələ qəti olmayan qərarında isə bildirilir ki, 525440 avro məbləğində dələduzluq sübuta yetirilib.

Öz növbəsində, “Vilyarreal” Futbol Klubu, direktorlarına qarşı məhkəmənin müvafiq hökmündən apellyasiya şikayəti verəcəyini car çəkib.

Xatırladaq ki, “Vilyarreal” geridə qalmış 2023/2024-cü illər mövsümünü İspaniya La Liqasının yarış cədvəlində 53 xalla 8-ci pillədə başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: