Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün hazırlıq çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Şahin Diniyevin baş məşqçisi olduğu komanda qardaş ölkənin Birinci Liqa təmsilçisi “Ərzurumspor”la üz-üzə gəlib.
Bol qollu qarşılaşma Türkiyə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisinin hər iki qolunu Samir Abdullayev vurub.
Xatırladaq ki, “Səbail” Ərzurumda daha iki yoxlama oyunu keçirəcək. “Dənizçilər” iyulun 13-də Türkiyə Super Liqasında mübarizə aparan “Hatayspor”la qarşılaşacaqlar. Sonuncu rəqibin kimliyi isə hələlik bəlli deyil. Paytaxt klubunun Ərzurum toplanışı iyulun 18-nə qədər davam edəcək.


