Türkiyənin “Ümraniyəspor” klubunun mərakeşli hücumçusu Ayman Buali bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
24 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb. O, paytaxt komandasında 21 nömrəli formada çıxış edəcək.
Ayman Buali 2023-cü ilin iyul ayından “Ümraniyəspor”da çıxış edirdi. O, Türkiyənin 1-ci Liqa təmsilçisinin heyətində 21 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə Birləşmiş Ərəb Əmirliklərinin “Baynuna” klubunda da forma geyinib.
“Səbail” Ayman Bualidən öncə Fərid Nəbiyev (“Turan Tovuz”), Nihad Quliyev (“Qarabağ”), Vüsal Məsimov (“Kəpəz”), Amir Bilali (“Qostivar”, Şimali Makedoniya), Dmitri Litvin (“Lusitaniya”, Portuqaliya), Qorka Larruçea (“Etar”, Bolqarıstan), Mert Çelik (“Başakşəhər”, Türkiyə), Gülağa Əsədov (“İmişli”) və Əlirza Müştəbazadəni (“Difau Ağsu”) də heyətinə qatmışdı. Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli və Süleyman Əhmədov da klubla yeni müqavilə bağlayıb.
Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev, Vüqar Həsənov, Bahadur Həziyev, Rafael Məhərrəmli, Adi Mehremiç, Elmir Tağıyev və Pedro Nuno isə “dənizçilər”lə vidalaşıblar.


