Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” oyununun yeri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq. İyulun 25-də baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
“Sumqayıt” – “Fehervar” qarşılaşmasının biletləri də artıq satışa çıxarılıb. Biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, iyulun 20-dən etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkün olacaq.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.
Xatırladaq ki, Azərbaycan və Macarıstan komandaları arasında cavab matçı iyulun 31-də Sekeşfehervar şəhərində keçiriləcək.


