UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllüttariq) oyununun biletləri satışa çıxarılır.
Arena.az xəbər verir ki, bu oyunun biletləri sabah – iyulun 19-dan etibarən satışda olacaq.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, biletlər iyulun 19-da saat 11:00-da satışa çıxarılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Satış məntəqələri isə bunlardır:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
“Qarabağ” FK-nın “Park Bulvar”dakı Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Xatırladaq ki, “Qarabağ”la “Linkoln” arasındakı ilk qarşılaşma iyulun 23-də Cəbəllüttariqdə keçiriləcək. “Europe Point” stadionunda baş tutacaq bu qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Bu komandalar arasındakı Bakıdakı görüş isə iyulun 30-da baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:00-da start veriləcək.


