“Neftçi” “Ərzurumspor”la “sülh bağladı”

Premyer Liqanın 2024/2025 mövsümünə hazırlaşan “Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, “ağ-qaralar” Türkiyənin Birinci Liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıblar.

“Palandöken Yüksek İrtifa Camp Facilities”də baş tutan matçda qolsuz heç-heçə qeydə alınıb – 0:0.

“Neftçi” bu heyətlə mübarizə aparıb: 93. Rza Cəfərov, 2. Qara Qarayev, 3. Höccət Haqverdi (16. Lukas Melano, 46), 7. Azər Əliyev, 11. Kilan Lebon, 13. Emil Səfərov (47. Murad Məmmədov, 80), 19. Azər Salahlı (k), 27. Fərid Yusifli, 44. Yuri Matias (4. Mark Tamaş, 46), 77. Yeqor Boqomolski, 91. Ağadadaş Salyanski (21. İsmayıl Zülfüqarlı, 46).

Xatırladaq ki, “Neftçi” ilk iki sınaq matçında Türkiyənin Super Liqa təmsilçiləri – “Alanyaspor” (3:1) və “Sivasspor”a (2:1) qalib gəlmişdi. Komanda daha bir yoxlama oyunu keçirməyi planlaşdırır. Dordüncü görüşün tarixi və məkanı, həmçinin rəqib haqda daha sonra məlumat veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: