Futbol üzrə Azərbaycan İkinci Liqasında mübarizə aparan “Ağdaş” futbol klubunun prezidenti Rəhman Əliyev çayda boğulub.
Arena.az xəbər verir ki, hadisə Ağdaş rayonunun Dəhnəxəlil kəndində qeydə alınıb.
Rayon sakini, 1988-ci il təvəllüdlü Fərid Ağazadə çayda çimərkən boğulub. Onu sudan çıxartmağa çalışan qohumu, 1990-cı il təvəllüdlü Rəhman Əliyev də boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Rəhman Əliyev İkinci Liqada çıxış edən Ağdaşın eyniadlı klubunun rəhbəri idi.


