Azərbaycanı bu mövsüm avrokuboklarda təmsil edən “Qarabağ”, “Zirə”, “Sabah” və “Sumqayıt”ın bu gün potensial rəqibləri bəlli olacaq.
Arena.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının (ÇL), Avropa Liqasının (AL) və Konfrans Liqasının (KL) 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.
Əvvəlcə, Bakı vaxtı ilə saat 14:00-da ÇL-in 3-cü raundunun mümkün cütlükləri müəyyənləşəcək.
“Qarabağ” 2-ci təsnifat mərhələsində qarşılaşacağı Cəbəllütariq təmsilçisi “Linkoln”u keçəcəyi təqdirdə “Ludoqorets” (Bolqarıstan – “Dinamo” (Minsk, Belarus), APOEL (Kipr) – “Petrokub” (Moldova), “Şemrok Rovers” (İrlandiya) – “Sparta” (Çexiya) cütlərindən birinə rəqib olacaq. Ağdam təmsilçisi səpələnmişlər səbətində yer alacaq.
“Qarabağ” – “Linkoln” cütünün məğlubu mübarizəni Avroliqada davam etdirməli olacaq. Həmin turnirin 3-cü raundunun püşkatma mərasimi bir saat sonra (14:00) reallaşacaq. Ağdam klubu üçün burada 3 mümkün rəqib var: APOEL (Kipr) – “Petrokub” (Moldova), “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus), “Panevejis” (Litva) – “Yagelloniya” (Polşa).
Bakı vaxtı ilə saat 16:00-da isə Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. Azərbaycan klubları “Zirə”, “Sabah” və “Sumqayıt”ın potensial rəqibləri bilinəcək. Püşk zamanı “Sabah” – “Makkabi” (Hayfa) cütü səpələnmişlər arasında olacaq. “Sumqayıt” – “Fehervar” və “Zirə” – “Dunayska Streda” cütləri isə səpələnməmişlərdə yer alacaq.
“Sabah”ın potensial rəqibləri:
“Sent-Patriks” (İrlandiya) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi
“Mlada Boleslav” (Çexiya) – “Transinvest” (Litva) cütünün qalibi
“İberiya” (Gürcüstan) – “Partizani” (Albaniya) cütünün qalibi
“Radniçki” (Serbiya) – “Mornar” (Monteneqro) cütünün qalibi
“Korvinul” (Ruminiya) – “Riyeka” (Xorvatiya) cütünün qalibi
“Zirə” və “Sumqayıt”ın potensial rəqibləri
“Kopenhagen” (Danimarka) – “Maqpies” (Cəbıllütariq) cütünün qalibi
“Omoniya” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan) cütünün qalibi
“Riqa” (Latviya) – “Slask” (Polşa) cütünün qalibi
“Olimpiya” (Sloveniya) – “Polesye” (Ukrayna) cütünün qalibi
“Zrinski” (Bosniya və Herseqovina) – “Bravo” (Sloveniya) cütünün qalibi
“Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya) cütünün qalibi


