Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən “Araz-Naxçıvan” təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda ikinci sınağında Küveyt təmsilçisi “Əl-Ərəbi” ilə qarşılaşıb.
Bu matçda qapılara qol vurulmayıb – 0:0.
Xatırladaq ki, “Araz-Naxçıvan” qardaş ölkədəki toplanış çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Super Liqa təmsilçisi “Alanyaspor”la qarşılaşmışdı. Həmin oyunda da qalib müəyyənləşməmişdi – 1:1.
Bununla da təlim-məşq toplanışını yekunlaşdıran Naxçıvan klubu sabah – iyulun 25-də Bakıya dönəcək.
Naxçıvan təmsilçisi Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində öz əvəzediciləri ilə də yoxlama oyunu keçirmiş və 3:1 hesablı qələbəyə sevinmişdi.


