“Neftçi” Türkiyədə son məşqə çıxdı, qaldı son sınaq matçı

2024/2025 mövsümünə Türkiyədə hazırlaşan “Neftçi” Ərzurum bölgəsindəki təlim-məşq toplanışını davam etdirir.

Arena.az xəbər verir ki, “ağ-qaralar” bu gün toplanış çərçivəsində sonuncu məşqinə çıxıb.

Toplanışa isə sabah keçiriləcək sonuncu yoxlama oyunu ilə yekun vurulacaq. Bakı təmsilçisi Səudiyyə Ərəbistanı Peşəkar Liqasında mübarizə aparan “Əl-Oruba” ilə üz-üzə gələcək. “Palandöken Yüksek İrtifa Camp Facilities”də baş tutacaq görüşə Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Xatırladaq ki, “Neftçi” Ərzurumdakı toplanış çərçivəsində Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor” (2:1) və “Ərzurumspor” (0:0) komandaları ilə də yoxlama oyunu keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: