Gəncə Futbol Akademiyasının direktoru Cabir İbrahimov “Kəpəz” Peşəkar Futbol Klubunun yeni icraçı-direktoru təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, bununla bağlı klub rəhbərliyi müvafiq qərar qəbul edib.
Xatırladaq ki, Cabir İbrahimov 2016-2017-ci illərdə də “Kəpəz”də icraçı-direktor vəzifəsində çalışıb. O, 2023-cü ilin avqust ayından Gəncə Futbol Akademiyasının direktoru kimi fəaliyyət göstərirdi.


