Bu gün keçiriləcək bir oyunla futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünə start veriləcək.
Arena.az xəbər verir ki, yeni mövsümün açılış oyununda son çempion “Qarabağ” “Araz-Naxçıvan”ın qonağı olacaq.
Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq oyuna saat 20:00-da start veriləcək. Yeni mövsümün açılış matçını Elçin Məsiyev idarə edəcək.
Xatırladaq ki, “Araz-Naxçıvan”la “Qarabağ” indiyə qədər Premyer Liqada 8 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə Ağdam təmsilçisi 4, Naxçıvan klubu 3 qələbəni bayram edibsə, 1 görüş heç-heçə bitib. “Qarabağ” bütün oyunlarda qol vurub. “Araz-Naxçıvan” evdə uduzmayıb.
Premyer Liqa
1-ci tur
2 avqust
“Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mərdəkan. “Dalğa Arena”, 20:00.
3 avqust
“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena” 18:30.
“Sumqayıt” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
VAR: Rauf Cabarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:45.
4 avqust
“Şamaxı” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 17:30.
“Zirə” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İdman Kompleksinin stadionu, 20:00.


