Arif Əsədov millimizdən getdi – Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qurumun rəsmi saytının yaydığı məlumata görə, 53 yaşlı mütəxəssis bundan sonra UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Arif Əsədov ötən ilin sonunda Canni De Byazinin istefasından sonra Azərbaycan milli komandasına rəhbərlik edirdi. O, indiki baş məşqçi Fernando Santosun təyinatına qədər komandamızı çalışdırıb. Əsədov komandanı martda və iyunda keçirilən dörd matça çıxarıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: