Məşhur niderlandlı mütəxəssis Lui van Qal Bildirib ki, “Bayern” yayda məşqçi axtarışında ikən, ona müraciət ünvanlayıb.
Arena.az “Voetbal International” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, bu, belçikalı mütəxəssis Vensan Kompaninin “Bayern”ə təyinatına qədər baş verib.
“Bayern” Kompanidən əvvəl mənimlə maraqlanırdı. Amma indi klub məşqçisi kimi işləməyə hazır deyiləm. Milli yığma komandalar? Bu, hələ də baş verə bilər”, deyə Van Qal vurğulayıb.
Xatırladaq ki, Lui van Qal “Bayern”i 2009-2011-ci illərdə çalışdırıb. Almaniya nəhəngi niderlandlı mütəxəssisin rəhbərliyi altında 96 oyun keçirib, 59 qələbə, 18 heç-heçə, 19 məğlubiyyət yaşayıb. Topların fərqi isə 214:98 nisbətindədir.
Van Qal “Bayern”ə Almaniya Bundesliqasını (2009/2010), Almaniya Kubokubu (2009/2010) və Almaniya Super Kubokunu (2010/2011) qazandırıb.
Əlavə edək ki, 72 yaşlı niderlandlı mütəxəssis uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparır və eyni zamanda futbol dünyasında fəaliyyəti davam etdirir. Van Qal özünün ötkəm xasiyyəti, nizam-intizamı ilə tanınır.


