Avropa Liqasında pley-offun püşkü atıldı: “Qarabağ” üçün…

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunmuş tədbirdə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin Çempionlar yolunun 6 məğlubu, Avropa Liqasında eyni turun 13 qalibi və əvvəlki raundlardan azad olan beş komanda rəqiblərini tanıyıb.

Azərbaycan çempionu “Qarabağ”ın Bolqarıstan çempionu “Ludoqorets”lə duelinin uğursuzunun da mümkün rəqibi bəlli olub. UEFA Çempionlar Liqasındakı bu cütün uğursuzu Avroliqada “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” – “Ludoqorets” görüşlərinin yekununda uduzan komanda pley-offun ilk matçını evdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 22-də, cavab görüşləri isə ayın 29-da keçiriləcək.

Avropa Liqası
Pley-off mərhələsi

“Qarabağ” (Azərbaycan)/“Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu – “Petrokub” (Moldova)/TNS (Uels) cütünün qalibi

“Dinamo” (Minsk, Belarus)/“Linkoln” (Cəbəllüttariq) cütünün qalibi – “Anderlext” (Belçika)

“Yagellonya” (Polşa)/“Bodo Qlimt” (Norveç) cütünün məğlubu – “Panatinaikos” (Yunanıstan)/“Ayaks” (Niderland) cütünün qalibi

“Partizan” (Serbiya)/“Luqano” (İsveçrə) cütünün qalibi – “Beşiktaş” (Türkiyə)

LASK (Avstriya) – “Sparta” (Praqa, Çexiya)/“Styaua” (Rumıniya) cütünün məğlubu

“Santa Koloma” (Andorra)/RFS (Latviya) cütünün qalibi – “Slovan” (Slovakiya)/APOEL (Kipr) cütünün məğlubu

“Panevejis” (Litva)/“Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi – “Baçka Tobola” (Serbiya)

“Malmö” (İsveç)/PAOK (Yunanıstan) cütünün məğlubu – “Çelye” (Sloveniya)/“Şemrok Rovers” (İrlandiya) cütünün qalibi

“Midtyulland” (Danimarka)/“Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu – “Klaksvik” (Farer adaları)/“Borats” (Bosniya və Herseqovina) cütünün qalibi

“Molde” (Norveç)/“Serkl Brügge” (Belçika) cütünün qalibi – “Riyeka” (Xorvatiya)/“Elfsborq” (İsveç) cütünün qalibi

“Braqa” (Portuqaliya)/“Servett” (İsveçrə) cütünün qalibi – “Trabzonspor” (Türkiyə)/“Rapid” (Vyana, Avstriya) cütünün qalibi

“Krivbass” (Ukrayna)/“Viktoriya” (Plzen, Çexiya) cütünün qalibi – “Harts” (Şotlandiya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: