Yeni stadionun inşasından sonra “Mançester Yunayted” “Old Trafford”un tutumunu 30 min tamaşaçıya endirməyi planlaşdırır.
Arena.az bu barədə “The Guardian” dərgisinə istinadən məlumat verir.
Vurğulanır ki, qadınlardan ibarət komanda və akademiya komandaları oyunlarını “qırmızı şeytanlar”ın hazırkı ev stadionunda keçirəcəklər.
Hazırda “Old Trafford” 76212 nəfər tamaşaçı tutumuna malikdir.
Daha əvvəl bildirilmişdi ki, “Mançester Yunayted” öz tribunalarında 100 min tamaşaçı tuta biləcək yeni klub stadionunun inşasını planlaşdırır. Bildririlir ki, yeni stadionun tikintisi altı il çəkə bilər. Layihənin dəyəri ilkin olaraq 2,4 milyard avro məbləğində qiymətləndirilir. Üstəlik, yeni arena “Old Traffor”da bitişik ərazidə tikilə bilər. Belə ki, bu yerlər “Mançester Yunayted”in mülkiyyətindədir.


