Almaniya yığmasının sabiq müdafiəçisi Lotar Matteus “Bayern”in fəxri prezidenti Ulrix “Uli” Hönesin davranışını tənqid edib.
Arena.az bu barədə “Sport Bild” dərgisinə istinadən məlumat verir.
Xatırladaq ki, daha əvvəl Höness Münhen klubunun, bir neçə oyunçunun satışını həyata keçirmədən, heç bir yeni futbolçu ilə müqavilə bağlaya bilməyəcəyini bildirmişdi.
“Uli” Hoeness bir il əvvəl “Tottenhem”lə bağlı açıqlamaları ilə Harri Keyni qiymətə mindirdi. O, indi də satışlarla bağlı ictimai açıqlamaları ilə öz oyunçularını ucuzlaşdırır”, deyə Lotar Matteus Uli Hönessin timsalında Münhen klubunun bazar siyasətini tənqid edib.
Xatırladaq ki, Almaniya nəhəngi cari yay transfer pəncərəsi zamanı “Ştutqart”dan mərkəz müdafiəçisi Hiroki İto, “Kristal Pelas”dan vinger Maykl Olise və “Fulhem”dən dayaq yarımmüdafiəçisi Joao Palinya ilə müqavilə imzalayıb.
Ötən mövsümü “Bayern” ən bərbad surətdə keçirərək, qənimətsiz qalıb. Komanda yalnız Bunesliqanın bürünc medalları ilə təsəlli tapıb. Buna rəğmən, “Bayern” 2024/2025-ci illər mövsümündə Çempionlar Liqasında iştirakını təmin edə bilib.


