“Sent-Patriks Atletik” – “Sabah”: Start heyətlər

“Sabah” bu gün futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Sent-Patriks Atletik”lə qarşılaşacaq.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı ilk görüş İrlandiyada baş tutacaq.

Krunoslav Renduliçin rəhbərlik etdiyi komanda səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaq. Belə olan halda cütün taleyini bir həftə sonra Masazırda keçiriləcək cavab görüşündə həll etmək mümkün olacaq.

Komandalar arasındakı cavab görüşü avqustun 15-də “Masazır Arena”da baş tutacaq.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
8 avqust

22:45. “Sent-Patriks Atletik” – “Sabah”
Hakimlər: Vilyalmur Torarinsson, Gilfi Mar Siqurdsson, Birkir Siqurdarson, Helgi Mikel Yonasson (hamısı İslandiya).
VAR hakimləri: Darren Enqland, Neil Devis (hər ikisi İngiltərə).
Dublin. “Tallayt” stadionu.

Sent-Patriks Atletik: 94. Jozef Ananq, 21. Aksel Syöberq, 5. Tom Qrivosti, 4. Jozef Redmond (k), 3. Antoni Breslin, 6. Ceymi Lennon, 8. Kris Forrester, 17. Romal Palmer, 20. Ceyk Malreni, 18. Aydan Kina, 26. Zaxari Elbuzedi.
Ehtiyat oyunçular: 1. Daniel Rocers, 9. Meyson Melia, 10. Kian Levi, 11. Ceyson Maklilland, 14. Brendon Kavanax, 16. Aaron Bolger, 19. Aleks Nolan, 22. Konor Kili, 23. Rayan Maklaflin, 24. Lyuk Törner, 30. Əl-Amin Kazem, 31. Maykl Nunan.
Baş məşqçi: Stefen Kenni.

Sabah: 1. Yusif İmanov, 7. Boyan Letiç, 3. Con İrazabal, 44. Sofian Çakla, 2. Amin Seydiyev, 4. Elvin Camalov (k), 70. Jesse Sekidika, 13. İvan Lepinitsa, 20. Coy Lens-Mikels, 11. Kahim Parris, 18. Pavol Şafranko.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Anatoli Nuriyev, 10. Namiq Ələsgərov, 17. Tellur Mütəllimov, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 77. Şakir Seyidov, 88. Xəyal Əliyev, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: