Premyer Liqa: “Şamaxı” üçün Mərdəkan, “Neftçi” üçün Bayıl sınağı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Araz-Naxçıvan”la “Şamaxı” arasında baş tutacaq. Bu komandalar indiyə qədər milli çempionatda 4 oyunda üz-üzə gəliblər. Sülh tanımayan bu komandaların hərəyə 2 qələbəsi var. Bütün oyunlarda meydan sahibi olan tərəf qalib gəlib. “Şamaxı” səfərdə qol da vurmayıb.

“Səbail” də bu turda “Neftçi”ni qəbul edəcək. Bu, paytaxt klublarının Premyer Liqadakı 28-ci görüşüdür. Əvvəlki 27 oyunda “dənizçilər” 2, “ağ-qaralar” 20 qələbə qazanıblar. 5 oyunda isə qalib müəyyənləşməyib. “Səbail” 20 oyundur “Neftçi” üzərində qələbə qazanmır. Son üç matçda qalib gələn “Neftçi” üç və ya daha çox qol vurub.

Premyer Liqa
2-ci tur
9 avqust

“Qarabağ” – “Kəpəz” 3:0
Qollar: Riçard Almeyda, 48. Abdullah Zubir, 72. Olavio Juninyo, 84.
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azərsun Arena”, 20:00.

10 avqust

“Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Mərdəkan. “Dalğa Arena”, 18:45.

“Səbail” – “Neftçi”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Bayıl Arena”, 21:00.

11 avqust

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 18:45.

“Sabah” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Masazır Arena”, 21:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: