Harri Keyn “Bayern”in yeni baş məşqçisi haqda fikrini bildirdi

“Bayern”in hücumçusu Harri Keyn Münhen təmsilçisinin yeni baş məşqçisi Vensan Kompani haqqında fikrini paylaşıb.

Arena.az “HaytersTV”-yə istinadən, ingilis hücumçunun belçikalı mütəxəssis haqda fikrini təqdim edir:

“Bu, əla idi. Mən bir neçə gün əvvəl qayıtmışam. Mən onu təzəcə tanımağa başlayıram. Onu çox bəyənirəm, düşünürəm ki, Kompani böyük liderdir, belə bir kluba rəhbərlik etmək üçün əla insandır. Görürsünüz ki, necə oynamaq istəyirik: yüksək tezliklə, təpki ilə, topu saxlamaqla. Mən həqiqətən onunla bu mövsümü səbirsizliklə gözləyirəm”, deyə Harri Keyn bildirib.

Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı belçikalı mütəxəssis Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığı qoyulub.

Xəbəri sosial şəbəkələrdə paylaş: