Futbol üzrə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah” – “Sent Patriks Atletik” oyununa bilet satışı davam edir.
Arena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 3500 bilet satılıb.
Matçın oynanılacağı “Bank Respublika Arena”nın isə tutumu 8700-dür.
Azarkeşlər biletləri “iticket.az” saytından əldə edə bilərlər. Tezliklə “Bank Respublika Arena”nın kassalarında da bilet satışına başlanılacaq.
Qeyd edək ki, “Sabah” – “Sent Patriks Atletik” oyunu avqustun 15-də keçiriləcək.
İrlandiyadakı ilk görüşdə ev sahibləri 1:0 hesablı qələbə qazanıblar.


