Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sabah” oyununun yeri növbəti dəfə dəyişdirilib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “Dalğa Arena”da deyil, Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq.
“Zirə” klubu Avropa Konftans Liqasındakı oyun üçün stadionun ot örtüyünün qorunması məqsədi ilə “Neftçi”yə müraciət edib. Paytaxt klubu da qəsəbə təmsilçisinin bu xahişini müsbət cavablandırıb.
“Neftçi” – “Sabah” görüşü sabah saat 20:30-da start götürəcək. Bu qarşılaşmanın yeri daha əvvəl “Neftçi Arena”dan “Dalğa Arena”ya dəyişdirilmişdi. Buna “Neftçi Arena”nın müvəqqəti olaraq təmirə bağlanması səbəb olmuşdu.


