Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 3-cü turunun daha bir oyunu keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutacaq.
Günün yeganə görüşü “Neftçi” ilə “Sabah” arasında baş tutacaq. Paytaxt təmsilçiləri məlum səbəblərdən Zirədə üz-üzə gələcəklər.
İlk iki turdan sonra bu komandaların qələbə hesabını aça bilməməsi diqqət çəkir. “Ağ-qaralar”ın 2 heç-heçədən sonra 2, “bayquşlar”ın isə 1 xalı var.
“Neftçi” ilə “Sabah” daha öncə çempionatda 23 oyunda üz-üzə gəliblər. Bu görüşlərdə “Neftçi” 13, “Sabah” 6 qələbə qazanıb, 4 görüş bərabərliklə yekunlaşıb. “Sabah” son 4 görüşdə uduzmayıb. “Neftçi” son üç oyunda qol vurmayıb.
Xatırladaq ki, 3-cü turun iki oyunu (“Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan”) təxirə salınıb.
Premyer Liqa
3-cü tur
17 avqust
“Kəpəz” – “Turan Tovuz” 0:3
Qollar: Xəyal Nəcəfov, 15. Roderik Miller, 19. Kristian da Silva, 62.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rauf Allahverdiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu.
“Sumqayıt” – “Səbail” 2:1
Qollar: Kamran Quliyev, 87. Roi Kehat, 90+2 – Suleyman Alluş, 89.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Sumqayıt. Mehdi Hüseynzadə adına stadion.
18 avqust
20:30. “Neftçi” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev.
VAR: Əliyar Ağayev.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zirə İdman Kompleksinin stadionu.


