“Zirə” “Omoniya” ilə oyun üçün iştirak ərizəsində dəyişiklik etdi

Avropa Konfrans Liqasının pley-off mərhələsində Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq “Zirə” bu oyunlar üçün heyətində dəyişiklik edib.

Arena.az xəbər verir ki, qəsəbə təmsilçisi bu yay “Kəpəz”dən transfer etdiyi gürcü yarımmüdafiəçi Georgi Papunaşvilini iştirak ərizəsinə salıb.

Əvəzində, İsmayıl İbrahimlinin adı iştirak ərizəsindən çıxarılıb. O, zədə səbəbindən “Omoniya” ilə matçlarda iştirak edə bilməyəcəkdi.

Xatırladaq ki, “Zirə” “Omoniya”ya qarşı ilk oyununu avqustun 22-də səfərdə keçirəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Qeyd edək ki, Georgi Papunaşvili ötən mövsümü “Kəpəz”də keçirib. O, Gəncə klubunda 21 oyuna 5 qol vurub, 5 məhsuldar ötürmə verib.

Papunaşvili Zirənin eyniadlı klubuna avqustun 3-də keçib. Yeni klubu ilə 1+1 illik müqavilə bağlamış 27 yaşlı hücumameyilli yarımmüdafiəçi hələ tam hazır olmadığı üçün qəsəbə təmsilçisində debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: